"Barselona"nın qapıçısı İnyaki Penya klubdan ayrılmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçunun karyerasını Yunanıstanın "Panatinaikos" komandasında davam etdirəcəyi gözlənilir.
İlkin məlumatlara görə, transferin dəyəri 3 milyon avrodan çox olmayacaq və tərəflər razılaşmanı mövsümöncəsi hazırlıq mərhələsi başlamazdan əvvəl rəsmiləşdirməyi planlaşdırırlar.
Klublar arasında aparılan danışıqlar artıq həlledici mərhələyə çatıb.
Baş məşqçi Hansi Flikin gələcək planlarında yer almayan Penya özü də komandadan ayrılmaqda maraqlıdır.
Qapıçı daha çox oyun təcrübəsi qazanmaq və gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoymaq istəyir.
Bir neçə La Liqa klubunun maraq dairəsində olmasına baxmayaraq, hazırda "Panatinaikos" futbolçunun transferində əsas favorit hesab olunur. Bu keçid "Barselona" üçün də bir sıra üstünlüklər vəd edir: klub həm maaş büdcəsini yüngülləşdirəcək, həm də futbolçunun gələcək satışından müəyyən faiz əldə etmək hüququnu qoruyub saxlayacaq.