"İnter" klubu "Roma"dan yarımmüdafiəçi Nikola Zalevskinin hüquqlarını alacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmə iyun ayında aktivləşdiriləcək 6,5 milyon avroya satın alma opsionunu ehtiva edir.
Futbolçu klublararası dünya çempionatının qarşıdakı oyunlarında Simone İnzaqinin komandasına kömək edə bilər.
Nikola Zalevski "İnter"in heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.