Əsas məzmuna keç

İntensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən...

Aprelin 9-dan 12-si ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, Bakıda və yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…