Operativ Məlumat Mərkəzi

İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb

1 dəq
Paylaş:
İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb
siyahıda 5 mütəxəssis yer alıb. “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter favorit hesab olunur. İkinci yerdə “Nyukasl”ın çalışdırıcısı Eddi Hau, üçüncü...

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter favorit hesab olunur. İkinci yerdə “Nyukasl”ın çalışdırıcısı Eddi Hau, üçüncü pillədə isə İngiltərənin U-21 yığmasına rəhbərlik edən Li Karsli qərarlaşıb. Tanınmış mütəxəssislərdən almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettino da bu postu tutmağa namizəddirlər.

Qeyd edək ki, Qaret Sautqeyt iyulun 16-da istefa verəndən sonra İngiltərə yığmasının baş məşqçi postu boş qalıb. Komanda onun rəhbərliyi altında AVRO-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər