Əsas məzmuna keç

İndoneziyada zəlzələ: 1 ölü, 76 yaralı

İndoneziyada zəlzələ: 1 ölü, 76 yaralı

İyunun 16-da Mərkəzi Sulavesidə baş verən 6,7 maqnitudalı yeraltı təkanlar dağıntılara səbəb olub. 841 evin zərər gördüyü faciənin təfərrüatları açıqlanıb.

en ru

Mərkəzi Sulavesidə (İndoneziya) 6,7 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb, 76 nəfər xəsarət alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Antara" agentliyi Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Agentliyə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 13 nəfər ciddi, 63 nəfər isə yüngül xəsarət alıb.

Bundan əlavə, 841 , 2 ofisin və 15 tikilinin, həmçinin 2 kəndi birləşdirən körpünün zədələndiyi bildirilib.

Qeyd edək ki, zəlzələ iyunun 16-da baş verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…