İndoneziyanın Qərbi Sumatra əyalətində yerləşən Merapi vulkanının püskürməsi nəticəsində 11 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər itkin düşüb.
Onların axtarışı davam edir. Ölənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.