İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı püskürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təxminən 2 dəqiqə davam edən partlayışdan sonra vulkanın lava və kül püskürdüyünü və partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstünün əmələ gəldiyini bildirilib. Səlahiyyətlilər insanlara vulkandan ən azı 7 kilometr uzaqlaşmaq barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İbu vulkanı sonuncu dəfə iyunun 2-də püskürüb və 7 min metr hündürlüyə kül və qum səpib.