İndoneziyanın Cənubi Sulavesi əyalətində 9 metr uzunluğunda pitonun qadını udduğu bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Cənubi Sulavesi əyalətinin Siteba kəndində yaşayan 36 yaşlı Siriati dünən səhər saatlarında xəstə övladına dərman almaq üçün evindən çıxıb. Siriati evə qayıtmayanda polis qadını tapmaq üçün araşdırmalara başlayıb.
Polis əməkdaşları Siriatinin başmaqların tapıldığı ərazidən 10 metr aralıda 9 metrlik piton olduğunu görüblər. Pitonun bədəninin çox şişdiyini görən səlahiyyətlilər, vəhşi heyvanın Siriatini udduğundan şübhələniblər. Kənd sakinlərinin köməyi ilə Siriatinin cansız bədəni öldürülmüş pitonun qarnından çıxarılıb.
İndoneziyada 9 metrlik piton qadını udub
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
İtaliyada anomal istilər: 9 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi
Digər
"ABŞ İran iqtisadiyyatını zəiflətməkdə davam edəcək"
Digər
ABŞ Venesuela neft yataqlarına nəzarət üçün danışıqlar aparır
Digər