Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) və Hindistan Hərbi Hava Qüvvələri yerli istehsalla hazırlanmış yeni idarə olunan bomba sisteminin ilk uçuş sınaqlarını uğurla tamamlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaqlar Odişa sahilləri yaxınlığında həyata keçirilib.
Nazirliyin açıqlamasına görə, “Taktiki Qabaqcıl Range Augmentation (TARA)” adlanan sistem Hindistanın ilk yerli istehsal idarə olunan silah sistemlərindən biridir və idarə olunmayan döyüş başlıqlarını yüksək dəqiqlikli silahlara çevirməyə imkan verir.
Bildirilir ki, TARA sistemi yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan nisbətən ucuz sursatların effektivliyini və dəqiqliyini artırmaq məqsədi daşıyır.
Hindistan Müdafiə Nazirliyi əlavə edib ki, bu texnologiya enerji səmərəliliyinə əsaslanan qabaqcıl həllərdən istifadə edən ilk hava silah sistemlərindən biri hesab olunur.