Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) keçmiş prezidenti Yan Yves Le Qall (Jean-Yves Le Gall) deyib.
Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq:
“Mən IAF-ın prezidenti olanda hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez müzakirələrimiz olurdu. Onun kosmik tədqiqatlarla bağlı müəyyən təşəbbüsləri, ideyaları var idi. Müxtəlif layihələr həyata keçirmək istəyirdi. Nəhayət 74-cü Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi qərara lındı. Azərbaycanda keçirilən Konqres əslində 2022-ci ildə olmalı idi. Amma pandemiya səbəbindən bir il yubandı.
Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib.
Biz həmçinin Çin və Birləşmiş Krallıq arasındakı münasibətlərə də fikir verməliyik. Təbii ki, bu da kosmik məsələlərə də təsir edir”.