Operativ Məlumat Mərkəzi

İlham Əliyevin Qahirədə rəsmi qarşılanma mərasimi olub

1 dəq
Paylaş:
İlham Əliyevin Qahirədə rəsmi qarşılanma mərasimi olub
Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham...

Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sonra birgə foto çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər