Əsas məzmuna keç

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinin açılışını etdi

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinin açılışını etdi

Dövlət rəhbəri 12 binadan ibarət 104 mənzilli yeni yaşayış sahəsindəki şəraitlə tanış olub. Vahid Hacıyev müasir townhouse tipli evlər barədə məlumat verib. Detallar:

en ru

Mayın 10-da Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində İlham Əliyev və birinci xanım iştirak ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…