Əsas məzmuna keç

İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezident İlham Əliyev Bratislavanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Görün, hansı layihələr icra edilir?

en ru

İlham Əliyev Slovakiyanın Qarabağın bərpasında iştirakından şad olduğunu deyib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, iyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd edib ki, bu gün iki ölkə arasındakı siyasi əlaqələr çox yüksək səviyyədədir.

vurğulayıb ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir:

"Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir. Azərbaycanla Slovakiya 2024-cü ildə Strateji Tərəfdaşlığa dair Bəyannamə imzalayıblar. Bəyannamənin icrası göz önündədir, əlbəttə, birgə layihələrin icrası güclü siyasi iradə tələb edir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra edilməsi güclü siyasi iradə tələb edir. Müzakirə edilən məsələlər arasında təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. Ticarət, iqtisadi əlaqələr, energetika sahəsində əməkdaşlıq hərbi texniki sahəsində əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər arasında açıq səmimi müzakirələr aparılıb. Nümayəndə heyətlərinin üzvləri daim təmasdadırlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…