Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Slovakiya Prezidentinə dəstəyə görə təşəkkür etdi

1 dəq
Paylaş:
İlham Əliyev Slovakiya Prezidentinə dəstəyə görə təşəkkür etdi

İlham Əliyev Slovakiya Prezidenti Pelleqriyə İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin əməkdaşlığa sadiqliyimizin ifadəsidir", - paylaşımda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax