Əsas məzmuna keç

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Salyan şosesindəki yeni zavodun fəaliyyəti ilə tanış olub. İdxalı əvəz edəcək müəssisənin illik istehsal gücü və yaradılan iş yerləri açıqlandı.

ru en

Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…