Əsas məzmuna keç

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Malayziyanın ölkəmizdəki diplomatik missiyasına yeni başlayan səfiri qəbul edərək, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Prezident İlham Əliyev Malayziyanın yeni səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
  • Səfir etimadnaməsini təqdim edib; Əliyev iqtisadiyyat, enerji, sərmayə və turizm əməkdaşlığını genişləndirməyin vacibliyini vurğulayıb.
  • Görüşdə turizmi təşviq üçün viza tələbinin aradan qaldırılması və birbaşa hava əlaqəsi müzakirə olunub.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyev oktyabrın 5-də Malayziyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

İlham Əliyev səfirlə söhbət etdi.

İki ölkə arasında dost və qardaş münasibətlərin olduğunu deyən iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd etdi.

Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi. Dövlət başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət etdi.

Səfir uzun illər ərzində iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirdi.

Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulandı.

Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu.

Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edildi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…