Əsas məzmuna keç

İlham Əliyev Cəbrayılda xəstəxana tikintisi ilə tanış olub

İlham Əliyev Cəbrayılda xəstəxana tikintisi ilə tanış olub

Dövlət başçısı 150 çarpayılıq müasir tibb ocağındakı son gedişatla maraqlanıb. Nazir Teymur Musayev 5 hektarlıq ərazidəki yeni şöbələr barədə məlumat verib.

en ru

Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım mayın 9-da 150 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Qeyd edək ki, bu binasının təməli İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…