Əsas məzmuna keç

İlham Əliyev: Azərbaycanın qonşularla münasibətləri proqnozlaşdırıla biləndir

İlham Əliyev: Azərbaycanın qonşularla münasibətləri proqnozlaşdırıla biləndir

Prezident strateji tərəfdaşlıq və regional təhlükəsizlik məsələlərinə toxunub. Dövlət başçısı xarici siyasət kursunun əsas prioritetlərini açıqlayıb.

en ru

Qonşularla yaxşı və proqnozlaşdırıla bilən münasibətlər Azərbaycanın tranzit ölkəsi kimi inkişafının şərtlərindən birinə çevrilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

"Bizim qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimizin olması zəruri idi. Əks halda, açıq dənizə çıxışı olmayan bir ölkə olaraq nə qədər çalışsaq da, uğur qazanmaq qeyri-mümkün olardı", - bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydındır və daha vacibi isə proqnozlaşdırıla biləndir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…