Əsas məzmuna keç

İlham Əliyev: Azərbaycan Mavrikiyə "ASAN" modelini təklif edir

İlham Əliyev: Azərbaycan Mavrikiyə "ASAN" modelini təklif edir

Dövlət başçısı rəsmi Bakının innovativ xidmət təcrübəsini bölüşməyə hazır olduğunu vurğuladı. Bu əməkdaşlığın detalları və tərəfdaşlıq perspektivləri ilə tanış olun.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını deyib .

İlham Əliyev siyasi münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.

Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlət başçısına təşəkkür edib. Daramber Qoxul ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxunub.

Bakıya səfəri çərçivəsində "ASAN " mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirib və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğulayıb.

ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır.

Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb.

Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş edib.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunulub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulanıb. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…