Əsas məzmuna keç

ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik etdi

ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik etdi

Diplomatik münasibətlərin ildönümü münasibətilə Vaşinqtondan Bakıya rəsmi təbrik gəlib. ABŞ-ın ölkəmizdəki missiyası əməkdaşlıq barədə nə bildirdi?

en ru

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə sıx əməkdaşlığı, eləcə də azərbaycanlı diplomatların öz işinə sadiqliyini və peşəkarlığını yüksək qiymətləndirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə diplomatik missiyanın Azərbaycanın diplomatik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

" Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanın diplomatik xidmətində çalışan bütün dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edir. Səfirlik Azərbaycan XİN ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir və beynəlxalq dialoqun inkişafına, və dünyanın müxtəlif ölkələri ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri mühüm töhfəyə görə Azərbaycan diplomatlarının peşəkarlığını, fədakarlığını və yüksək məsuliyyət hissini böyük ehtiramla qeyd edir. Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır, ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə əməkdaşlığımızın davam edəcəyinə inanırıq.", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…