Əsas məzmuna keç

İlham Əliyev: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın

İlham Əliyev: Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın

Dövlət başçısı Məhəmməd Baqir Qalibaf və Məsud Pezeşkianla təmasları xatırladaraq, Tehran-Bakı əlaqələrində sülhün və regional sabitliyin önəmini vurğulayıb.

en ru

Müharibə dövründə xalqı və dövləti İran xalqı və dövlətinin yanında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.

“Arzu ki, bölgədə heç bir müharibə olmasın”, - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…