Əsas məzmuna keç

İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib

İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib

Azərbaycan və İran liderləri arasında Aşqabadda baş tutan danışıqlarda regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər hansı mühüm razılaşmalara imza atıb?

en ru

Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da İlham Əliyevin İran Prezidenti Pezeşkian ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Məsud Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Azərbaycan Prezidenti İranın qeyri-üzv dövlət kimi "MDB plyus" formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…