İkinci Qarabağ müharibəsi bitdiyi gündən indiyədək 384 nəfər minaların qurbanı olub

İkinci Qarabağ müharibəsi bitdiyi gündən indiyədək 384 nəfər minaların qurbanı olub
10.03.2025 10:31
Aa
dəq

İkinci Qarabağ müharibəsi bitdiyi gündən indiyə qədər 384 nəfər minaların qurbanı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

O bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırkı dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 insident qeydə alınıb:

"Nəticədə 70 nəfər həlak olub, 314 nəfər yaralanıb".

Həftənin ən çox oxunanları