Əsas məzmuna keç

İƏT İran və ABŞ razılaşmasını alqışladı

İƏT İran və ABŞ razılaşmasını alqışladı

İslam Əməkdaşlıq Təşkilatı Vaşinqton və Tehran arasında əldə olunan tarixi anlaşmanı müsbət dəyərləndirdi. Bəs bu diplomatik gəlişmə regiona nə vəd edir?

en ru

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçıları İran və arasında münaqişənin dayandırılması barədə son razılaşmanı alqışlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakıda keçirilən ikigünlük sessiyanın yekunlarına dair qəbul edilmiş bəyannamədə qeyd olunub.

"İran və ABŞ arasında münaqişənin dayandırılması barədə razılaşmanı alqışlayırıq. Regional, eləcə də beynəlxalq və təhlükəsizlik naminə bu razılaşmanın tam icra olunacağına ümid etdiyimizi bildiririk", - sənəddə vurğulanıb.

Bundan əlavə, sessiya iştirakçıları müxtəlif ölkələrdə islamofobiyanın təzahürlərinin artması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

" və ya əqidə zəminində törədilən bütün zorakılıq aktlarını, eləcə də dini ayrı-seçkiliyə əsaslanan nifrətin qızışdırılmasını və ekstremizmi pisləyirik. Beynəlxalq ictimaiyyəti ekstremizmə, nifrət nitqinə, mənfi stereotiplərə və dinlərin diffamasiyasına qarşı həm milli, həm də qlobal səviyyələrdə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırırıq", - bəyannamədə qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…