Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İdarə müdiri şagirdləri qeyri-etik davranışlara yol verən məktəbə gedib

2 dəq
Paylaş:
İdarə müdiri şagirdləri qeyri-etik davranışlara yol verən məktəbə gedib

Elm və yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) vəzifəsini müvəqqəti icra edən Vəliyeva şagirdləri qeyri- davranışlara yol verən məktəbə gedib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BŞTİ-dən məlumat verilib.

Qeyd olunub ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Mehriban Vəliyeva ilə yanaşı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb.

Məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax