Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bildirilib ki, biz buna AŞPA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuz ilə məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.
Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.