Əsas məzmuna keç

İbrahimoviç "Milan"la müqaviləni daha bir il uzatmaq niyyətindədir

İbrahimoviç "Milan"la müqaviləni daha bir il uzatmaq niyyətindədir

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək istəmir. İsveçli hücumçu "rossoneri" ilə müqaviləsini daha bir il uzatmaq niyyətindədir....

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək istəmir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sky Italia"-ya istinadən xəbər verir ki, isveçli hücumçu "rossoneri" ilə müqaviləsini daha bir il uzatmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, İbrahimoviç futbolu yüksək səviyyədə davam etdirməkdə qərarlıdır və tezliklə Milan klubunun rəhbərləri ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmağa çalışacaq.

Milan”la yeni müqavilə bağlaya bilməsə, 41 yaşlı futbolçu karyerasını davam etdirmək üçün yeni klub axtarmağa məcbur olacaq.

Qeyd edək ki, hücumçunun "rossoneri" ilə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…