Əsas məzmuna keç

PSJ Maqnes Akliuş transferinə yaxındır

PSJ Maqnes Akliuş transferinə yaxındır

Fransa çempionu "Monako"nun gənc futbolçusunu heyətinə qatmağa hazırlaşır.

en ru

"" klubunun hücumçusu Maqnes Akliuş karyerasını ""-də davam etdirməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RMC " məlumat yayıb.

Məlumata görə, tərəflər arasında aparılan danışıqlar həlledici mərhələyə daxil olub. Paris klubu futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib. Hazırda əsas müzakirə mövzusu "Monako" ilə transfer məbləği məsələsidir.

"Monako" rəhbərliyi oyunçunun satış qiymətində güzəştə getmək niyyətində deyil. İlkin hesablamalara əsasən, Maqnes Akliuşun transferi "PSJ"-yə təxminən 50 milyon avroya başa gələ bilər. "Transfermarkt" portalı da futbolçunun bazar dəyərini bu məbləğdə qiymətləndirir.

24 yaşlı fransalı futbolçu "Monako" akademiyasının yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Akliuşun mümkün transferi "PSJ"-nin hücum xəttini gücləndirmək planlarının bir hissəsi kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…