Operativ Məlumat Mərkəzi

Honq Konq məhkəməsi parlamentə basqın edən 12 iştirakçıya hökm oxuyub

1 dəq
Paylaş:
Honq Konq məhkəməsi parlamentə basqın edən 12 iştirakçıya hökm oxuyub
bu barədə yerli “Xingdao Daily” yazıb. 2019-cu ilin iyulunda yüzlərlə etirazçı saatlarla davam edən hücumdan sonra Honq-Konq qanunverici orqanına basqın...

Honq Konq məhkəməsi 2019-cu il etirazları zamanı qanunvericilik binasına basqın edən 12 iştirakçını həbs cəzasına məhkum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Xingdao Daily” yazıb.

2019-cu ilin iyulunda yüzlərlə etirazçı saatlarla davam edən hücumdan sonra Honq-Konq qanunverici orqanına basqın edib. Hadisə zamanı içəridə divarlar, mebellər, rəsmlər dağıdılıb, fotoşəkillər qara boya ilə boyanıb və iclas otağındakı Honq Konq gerbi rənglənib.

Nəticədə 5 il sonra parlamentə basqın işi üzrə 14 müttəhim məhkəmə qarşısına çıxıb. Hücumda iştirak edənlərdən 12-si həbs, ikisi isə cərimə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər