Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans Almaniyada Amerikanın Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında bildirib ki, bu ölkə Kiyevə hava tipli raketlər verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hollandiya müdafiə nazirliyinin saytı məlumat yayıb.
O xatırladıb ki, F-16 döyüş təyyarələri texniki xidmət üçün dəstəyə və ehtiyat hissələrinə ehtiyac duyur.
"Hollandiya 80 milyon avro dəyərində müxtəlif avadanlıqlar tədarük edəcək", - Brekelmans bildirib.
Nazir izah edib ki, söhbət çoxlu sayda ehtiyat hissələrdən, o cümlədən generatorlardan, kiçik avtomobillərdən, texniki xidmət üçün tələb olunan materiallardan, xüsusi alətlərdən gedir.
Hava raketlərinin köməyi ilə Ukrayna səmada düşmən təyyarələrini vura biləcək.