Operativ Məlumat Mərkəzi

Hindistan düyü ixracatını dayandırır

1 dəq
Paylaş:
Hindistan düyü ixracatını dayandırır
ölkədə ekstrimal hava şəraitinin hökm sürməsi və güclü yağışların müşahidə olunması əkinlərə ciddi ziyan vurub və son 12 ayda düyü 11%-dən çox bahalaşıb...

Hindistan daxili qiymət artımlarının qarşısını almaq üçün basmati olmayan ağ düyü ixracını qadağan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ekstrimal hava şəraitinin hökm sürməsi və güclü yağışların müşahidə olunması əkinlərə ciddi ziyan vurub və son 12 ayda düyü 11%-dən çox bahalaşıb

Buna görə də, Hindistan hökuməti 2024-cü ilin əvvəlində keçiriləcək ümumi seçkilər ərəfəsində daxili qiymətləri stabil saxlamaq üçün bu addımı atmağa qərar verib.

Yerli mətbuatın xəbərinə görə hökumətlərin xüsusi müraciətləri çərçivəsində ağ düyü ixracına icazə veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər