“Prezident İlham Əliyevin siyasətinin nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə keçirilən Bal Festivalında çıxışı zamanı deyib.
H. Hacıyev bildirib ki, bundan sonra da Prezident İlham Əliyevin siyasətinin nəticəsində Kəlbəcərdə daha böyük işlər görüləcək:
“Mən bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Bizi qonaqpərvərliklə qəbul etdiyinizə, dünyanın müxtəlif ölkələrindən gələn diplomatları da həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bundan sonra biz yenə gələcəyik. Amma bundan sonra burada yalnız toylara, xeyir işlərə gələcəyik”, - deyə H. Hacıyev vurğulayıb.