Əsas məzmuna keç

Heydər Əliyev Aeroportu MDB-nin ən yaxşı hava limanı seçildi

Heydər Əliyev Aeroportu MDB-nin ən yaxşı hava limanı seçildi

Bakı hava limanı Skytrax World Airport Awards 2026-da MDB və Mərkəzi Asiyanın ən yaxşısı seçildi. Londonda təqdim edilən bu nüfuzlu mükafatın detalları ilə tanış olun.

en ru

Aeroportu regionun aparıcı statusunu bir daha təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyası üzrə nüfuzlu “Skytrax World Airport Awards 2026” mükafatına layiq görülüb.

Beynəlxalq hava limanından "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, mükafat martın 18-də London şəhərində keçirilən və aviasiya sənayesinin aparıcı platformalarından biri olan “Passenger Terminal Expo World” sərgisi çərçivəsində təşkil olunan rəsmi mərasim zamanı təqdim edilib.

“World Airport Awards” aviasiya sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. Bu mükafatlar dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyənləşdirilir. 1999-cu ildən təqdim edilən mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini əhatə edən genişmiqyaslı qiymətləndirmələrə əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr tam müstəqil şəkildə formalaşdırılır.

Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri, o cümlədən qeydiyyat, və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinədək bütün xidmət infrastrukturu nəzərə alınır.

Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu nüfuzlu mükafata layiq görülməsi hava limanında xidmət keyfiyyətinin davamlı yüksəldiyini, müasir idarəetmə yanaşmalarının tətbiq olunduğunu və beynəlxalq standartlara uyğun inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun əsas aviasiya qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…