Əsas məzmuna keç

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON-un idarəetməsinə verildi - FƏRMAN

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON-un idarəetməsinə verildi - FƏRMAN

Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla strateji obyektlərin qorunmasında ciddi dəyişikliklər edilib. Həmin qurumun AZCON-a keçidi nəyi dəyişəcək?

en ru

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İlham tərəfindən imzalanıb.

Fərmana əsasən, Prezidentin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısına yeni bənd əlavə edilib.

Belə ki, siyahıya 8.7-ci bənd əlavə olunaraq “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti AZCON-un idarəetməsinə veriləcək qurumlar sırasına daxil edilib.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…