Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir

1 dəq
Paylaş:
Hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması...

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.

Xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər