Əsas məzmuna keç

Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur

Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur

Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da...

Ordusunda hərbi qulluqçuların mədəni vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub, mədəni-kütləvi tədbir keçiriblər.

Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert proqramı yüksək ovqatla qarşılanıb.

Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…