Əsas məzmuna keç

Hərbi qeydiyyat müddəti artırılır - Rəsmi

Hərbi qeydiyyat müddəti artırılır - Rəsmi

Tərxis olunanlar və ehtiyatda olanlar üçün müraciət vaxtı 7 günə çatdırılır. Parlamentdəki yeni qanun və tibbi müayinə qaydaları ilə bağlı detalları öyrənin.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə mühüm dəyişiklik təklif edilir.

Sözügedən qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında geniş müzakirə olunub.

Hərbi qeydiyyat müddəti 3 gündən 7 günə artırılır

İclasda qeyd edilib ki, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

Xatırladaq ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən, bu müddət cəmi 3 gün təşkil edirdi.

Bu qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla tətbiq olunacaq.

Yaşayış yerinin dəyişdirilməsi və tibbi yoxlama qaydaları

Təklif edilən dəyişiklikdə vurğulanıb ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, cari ünvan üzrə qeydiyyatdan çıxmalı və olduğu yeni yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

Bildirilib ki, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur.

Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək yenidən yoxlanıla bilər. Əgər onlar həqiqi hərbi xidmət keçməyə yararlı sayılarsa, çağırışçıların hərbi qeydiyyatına qaytarılır və ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Əlavə olaraq, vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…