HƏMAS ABŞ-nin prezidenti Donald Trampın Qəzzada sülh təşəbbüsünə müsbət yanaşdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM xarici KİV-ə istinadən xəbər verir ki, tam razılaşmanın əldə olunması üçün əlavə danışıqlara ehtiyac var.
Təşkilatın nümayəndələri vurğulayıblar ki, İsrail Qəzza zolağını tərk edərsə və “müvafiq sahə şərtləri yerinə yetirilərsə” bütün qalan girovlar azad ediləcək.
Məlumata görə, Misir bazar ertəsi Qırmızı dəniz sahilində yerləşən Şarm əl-Şeyx şəhərində HƏMAS və İsrail nümayəndələri arasında növbəti danışıqlara ev sahibliyi edəcək.