Əsas məzmuna keç

Həmas: “İsraillə danışıqlar istisna deyil”

Həmas: “İsraillə danışıqlar istisna deyil”

Fələstinin hərəkatı həll yolu ilə bağlı İsraillə danışıqların mümkünlüyünü etməsə də, tərəflər arasında mövcud razılaşmanın həyata keçirilməsində israrlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun sözçüsü Tahir əl-Nunu "Agence France-Presse"-ə açıqlamasında deyib.

"Həmas danışıqlardan əl çəkməyib, lakin biz təkid edirik ki, yeni razılaşmalara ehtiyac yoxdur. Artıq münaqişənin bütün tərəflərinin imzaladığı saziş var", - hərəkatın sözçüsü bildirib.

Sözçü beynəlxalq ictimaiyyəti münaqişəyə son qoymaq üçün təcili tədbirlər görməyə və Qəzza zolağındakı bombardmanları dərhal dayandırmaq və danışıqların ikinci mərhələsinə keçmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…