HƏMASQəzza zolağında İsraillə atəşkəsi uzatmaq istəyir və buna nail olmaq üçün bütün sövdələşmə imkanlarından istifadə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.
“Biz əlimizdə olan kozırlardan istifadə edərək, təcavüzü birdəfəlik dayandırmaq üçün atəşkəsi uzatmağa çalışırıq. Biz hərtərəfli və ya qismən saziş bağlamağa hazırıq. Hərtərəfli saziş bütün fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində mülki şəxslərin azad edilməsinə aiddir".