Operativ Məlumat Mərkəzi

Əlcəzair Fransaya qaçaqmalçılıq yolu ilə gətirilən 2 milyon tarixi sənədi qəbul edəcək

1 dəq
Paylaş:
Əlcəzair Fransaya qaçaqmalçılıq yolu ilə gətirilən 2 milyon tarixi sənədi qəbul edəcək
bu barədə Əlcəzair dövlət radiosu məlumat yayıb. Müqavilə çərçivəsində Fransaya qaçaq yolla gətirilən Osmanlı dövrünə aid 5 metr diametrli 29 rulon və 13...

Əlcəzair Fransanın müstəmləkəçilik dövrünə (1830-1962) aid "Yaddaş faylı" adlı dosyelər üzərində aparılan işlər çərçivəsində Fransaya qaçaq yolla gətirilən 2 milyon tarixi sənədi geri alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əlcəzair dövlət radiosu məlumat yayıb.

Müqavilə çərçivəsində Fransaya qaçaq yolla gətirilən Osmanlı dövrünə aid 5 metr diametrli 29 rulon və 13 rekord dəftəri ilə bəzi yağmalanmış mülklərin Əlcəzairə qaytarılacağı da bildirilib.

Sözügedən razılaşma Əlcəzair-Fransız Tarix və Yaddaş Birgə Komitəsinin noyabrın 22-də Əlcəzairin paytaxtı Konstantin şəhərində keçirilən "Arxiv sənədləri, biblioqrafiya, xronologiya və talan edilmiş əmlakların bərpası" adlı iclasdan sonra əldə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər