Fələstinin Həmas təşkilatı ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Həmas-a yaxın fələstinli rəsmi məlumat yayıb.
Yeni təklif vasitəçilər vasitəsilə HƏMAS-a çatıb.
Bildirilib ki, razılaşma 70 günlük atəşkəs və Həmas tərəfindən saxlanılan 10 israilli girovun azad edilməsi müqabilində Qəzza zolağından qoşunların qismən çıxarılmasını nəzərdə tutur.
Təklif həmçinin İsraili uzun müddətdir cəza çəkənlər də daxil olmaqla bir sıra fələstinli məhbusları azad etməyə çağırır.