Əsas məzmuna keç

Hava limanı yolu bağlanır: DYP-dən xəbərdarlıq

Hava limanı yolu bağlanır: DYP-dən xəbərdarlıq

Suraxanıda Buta Palace yaxınlığında hərəkət məhdudlaşdırılır. Sürücülər Zığ şosesi və digər alternativ yollara yönləndiriləcək. Gecə tətbiq edilən qrafiklə tanış olun.

en ru

21 fevral tarixində paytaxtın Suraxanı rayonu, şosesində (“ Palace”-nin yaxınlığı) vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək. Məhdudiyyət yeni quraşdırılan elektron məlumat-sürət tablolarının konstruksiyasında aparılan son tamamlama işləri ilə əlaqədardır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Şəhər İdarəsindən bildirilib.

Məhdudiyyət aşağıdakı qrafik üzrə tətbiq ediləcək:

Saat 00:00-dan 05:45-dək: Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində;

Saat 02:00-dan 05:15-dək: "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Alternativ olaraq, sürücülər şəhərdən Hava limanı istiqamətinə 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…