Əsas məzmuna keç

Hansı rayonlara qar yağır? Faktiki hava barədə rəsmi məlumat

Hansı rayonlara qar yağır? Faktiki hava barədə rəsmi məlumat

Milli Hidrometeorologiya Xidməti Şahbuz, Lerik və Qax daxil olmaqla bölgələrdəki son durumu açıqladı. Qar örtüyü, intensiv yağıntı və dumanla bağlı mühüm detallar.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ölkə ərazisində yağıntılı intensiv şəkildə davam edir. Hazırda əksər ərazilərə yağış, bəzi dağlıq və dağətəyi bölgələrə isə qar yağır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən rəsmi məlumat verilib.

Fevralın 11-i saat 10:00-a olan məlumatına əsasən, qar örtüyünün hündürlüyü ən çox Şahbuzda (50 sm) qeydə alınıb. Digər bölgələrdə isə göstəricilər belədir: Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9 sm.

Həmçinin Şamaxı və Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı və Xaltanda 4 sm qar müşahidə olunur. Naftalan və Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir və Sədərəkdə 2, Mingəçevirdə isə 1 sm qar formalaşıb.

Düşən yağıntının miqdarı xüsusilə cənub bölgəsində yüksək olub: Lənkəranda 23, Cəlilabad və Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala və Zərdabda 13, Sabirabad və Şərurda 12 mm təşkil edir.

Digər ərazilərdə miqdarı: Oğuz və Ağsuda 9, Beyləqanda 8, Yevlax və Kürdəmirdə 5, Ağstafa, Şahdağ və Şabranda 3, Naxçıvanda 2 mm. Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və yarımadasında yağıntı 1 mm olub.

Bundan əlavə, Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən və Şərurda qatı duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

20° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 21° 19° yağış 39%
  2. Sabah Günəşli 22° 19°
  3. Birigün Tutqun 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…