Operativ Məlumat Mərkəzi

Hakan Fidan Suriyaya getdi

1 dəq
Paylaş:
Hakan Fidan Suriyaya getdi
bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nazir Fidan Suriya Prezidenti Əhməd Şara tərəfindən qəbul ediləcək. Fidanın...

Türkiyə Xarici İşlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Fidan Suriya Prezidenti Əhməd Şara tərəfindən qəbul ediləcək.

Fidanın Prezident Şara ilə keçirəcəyi görüşdə Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə olunan irəliləyişlərin dəyərləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinin ön plana çıxması gözlənilir.

Bundan əlavə, Suriyanın yenidən qurulması və ölkənin bərpasına yönəlmiş fəaliyyətlərin koordinasiyası da müzakirə olunacaq əsas mövzular arasında yer alır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər