Operativ Məlumat Mərkəzi

Haitidə küçə döyüşləri yenidən alovlanıb

2 dəq
Paylaş:
Haitidə küçə döyüşləri yenidən alovlanıb
əsasən, G9, Ailə və Müttəfiqlər adlanan qruplaşma federasiyası və onlara qoşulan digər silahlı dəstələr baş nazir Ariel Henrinin həbs olunması tələbi ilə...

Haitinin paytaxtı Port-o-Prensdə küçə döyüşləri yenidən alovlanmağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əsasən, G9, Ailə və Müttəfiqlər adlanan qruplaşma federasiyası və onlara qoşulan digər silahlı dəstələr baş nazir Ariel Henrinin həbs olunması tələbi ilə şəhərin strateji obyektlərinə hücuma keçiblər.

Federasiyaya keşmiş elit polis məmuru Cimi Şerizye rəhbərlik edir.

“Biz polisi və hərbi qüvvələri məsuliyyəti üzərinə götürməyə və Arieli həbs etməyə çağırırıq. Silahlı şəxslər sizin düşməniniz deyil. Arieli həbs edib və görəcəksiniz ki, bu silahlar heç bir zərərə səbəb olmaq üçün deyil. Bu silahlar bizim azadlığımızın simvoludur”, - deyə Şerizye vurğulayıb.

Qeyd edək ki, silahlılar beynəlxalq hava limanı hücuma edib, 2 polis məntəqəsi ələ keçiriblər. Müşahidəçilər paytaxtın 80 faizə qədər ərazisinin silahlı dəstələr tərəfindən idarə olunduğunu bildirirlər. Ariel Henri silahlı dəstə üzvləri ilə mübarizə məqsədilə Birləşmiş Millətlər Təşkilatından kömək istəyib.

Amerika Birləşmiş Ştatlarının Haitidəki səfirliyi vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər