Haitinin paytaxtı Port-o-Prensdə silahlı qruplaşmaların törətdiyi zorakılıqlar istənilən halda pis olan ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əksər hökumət qurumları, məktəblər, banklar fəaliyyətini dayandırıb.
Əhali, əsasən, ərzaq qıtlığı və susuzluqdan əziyyət çəkir.
Son bir neçə həftədədə çox sayda insan iş yerini yetirib. Silahlılar şəhərin əsas dəniz və hava limanı zəbt edib, polis məntəqələri və həbsxanalara hücum ediblər.
Həbsxanalardan birindən 4000 məhbus sərbəst buraxılıb. Rəhbərlik fövqəladə vəziyyətin müddətini 1 ay uzadıb.
Qeyd edək ki, silahlılar baş nazir Ariel Henrinin istefasını tələb edirlər. Henrinin ölkədə təhlükəsizliyə nəzarəti gücləndirmək məqsədilə Keniyadan polis qüvvələri cəlb etməyə çalışması silahlı qruplaşma üzvlərinin etirazlarına, bir qədər sonra qarşıdurmalara gətirib çıxarıb. Silahlılar, əsasən, özlərini “G9 İttifaqı” adlandıran, keçmiş polis zabiti Cimmi Şerizyenin rəhbərlik etdiyi qruplaşmanın üzvləridirlər. Şerizye Henri istefa verməsə, ölkədə vətəndaş müharibəsinin başlayacağına dair ona xəbərdarlıq edib.