Əsas məzmuna keç

Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı keçirilən aksiyada iştirak edən 6 nəfər saxlanılıb

Gürcüstanda "xarici agentlər haqqında" qanuna qarşı keçirilən aksiyada iştirak edən 6 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları prokurorluq nümayəndələri ilə birlikdə "xarici agentlər haqqında" qanuna qarşı keçirilən mitinqlər zamanı...

Daxili İşlər Nazirliyinin əməkdaşları nümayəndələri ilə birlikdə "xarici agentlər haqqında" qanuna qarşı keçirilən mitinqlər zamanı iğtişaşlar törədən bir neçə nəfəri saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tbilisi İdarəsinin rəisi Sulxan Tamazaşvili jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

Agentliyin məlumatına görə, ümumilikdə 6 nəfər saxlanılıb.

Onlar Gürcüstanın paytaxtında keçirilən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməkdə və başqalarının əmlakına ziyan vurmaqda ittiham olunurlar.

"Daxili İşlər Nazirliyi və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 6 nəfər saxlanılıb", - deyə Tamazaşvili bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…