Operativ Məlumat Mərkəzi

Gürcüstan prezidentinin xarici agentlər haqqında qanuna qarşı iddiasının şansı yoxdur - Baş nazir

2 dəq
Paylaş:
Gürcüstan prezidentinin xarici agentlər haqqında qanuna qarşı iddiasının şansı yoxdur - Baş nazir

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Konstitusiya Məhkəməsində xarici agentlər haqqında qanuna qarşı qaldırdığı iddia baş tutmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Hesab edirəm ki, bu işin şansı yoxdur. Şəffaflığın pis olduğunu sübut etmək mümkün deyil. Hüquqi baxımdan yanlışdır. Bunu sübut etmək mümkün deyil", - Kobaxidze gürcü jurnalistlərə bildirib.

İyulun 15-də Gürcüstan prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyi məlum olub. Gürcüstanın qanunverici orqanı mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Prezident Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament onun vetosunu mayın 28-də ləğv edib.

Qeyri-hökumət təşkilatları xəbərdarlıq edib ki, qanun qəbul edilərsə, qeydiyyatdan keçməyəcəklər, çünki onlar özlərini xarici qurumun maraqlarını dəstəkləyən təşkilatlar kimi brendləşdirmə ideyasına qarşıdırlar. Lakin hakim partiya israr edir ki, bu təşkilatlar xaricdən maliyyələşdiyi üçün düzgün təsnifatlaşdırılıb. Onlardan tələb olunan yeganə şey maliyyə baxımından şəffaf olmaqdır.

Qanun vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə şamil edilir. Onlar hər ilin yanvar ayında vergi bəyannamələrini Ədliyyə Nazirliyinə təqdim etməli olacaqlar. Əks halda onlar 25 min lari (9200 dollardan çox) məbləğində cərimələnəcəklər. Cərimə tətbiq edildikdən sonra gəlir bəyannaməsi verilməzsə, yerinə yetirmədikləri hər əlavə gün üçün 20 000 lari (7 400 dollardan çox) ödəməli olacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər