Əsas məzmuna keç

Gürcüstan parlamentinin sədri: “Heydər Əliyev Azərbaycanda milli oyanışı təmin edib”

Gürcüstan parlamentinin sədri: “Heydər Əliyev Azərbaycanda milli oyanışı təmin edib”

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“İnsan öz hərəkətlərinə görə qiymətləndirilir. müasir Azərbaycanın formalaşdırılmasında mühüm rol oynayan Ümummilli Lider idi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk ağır illərindən sonra Ulu Öndər xalqının milli ruhunu yüksəltdi, gücləndirdi, milli oyanışı təmin etdi, milli dövlətçiliyin təməlini qoydu:

“O, bir sıra səmərəli siyasətlər vasitəsilə Azərbaycanı yenidən formalaşdırıb, güclü, sabit, firəvan dövlətə çevirib. Nəticə etibarı ilə Heydər dünyada ən vacib şeyi, yəni xalqın ürəyini qazana bildi. Ulu Öndər Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı idi. Onun Gürcüstanla arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu ölkələr arasında tarixi dostluğu hökumətimizin, xüsusilə əziz tutduğu möhkəm strateji tərəfdaşlığa çevrildi. O, həm də beynəlxalq aləmdə uzaqgörən lider adını qoruyub saxlaya bildi”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…